14 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar


  • Offside
  • 22:15 13.09.2026
  • Oxunma sayı: 10
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar

İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az--a bildirilib ki, qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində 0,1 xal fərqlə gümüş medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, Avropa çempionu olan cütlük təsnifat mərhələsində 19,050 xal toplayaraq finala yüksəlib. Final çıxışının nəticələrinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatında 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.







Offside