14 sentyabr 2026. Bazar ertəsi

“Sportinq” səfərdə xal itirdi


  • Offside
  • 01:58 14.09.2026
  • Oxunma sayı: 13
“Sportinq” səfərdə xal itirdi

Portuqaliya çempionatının VI turunda “Famalikan” doğma meydanda “Sportinq”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib.

Lissabon təmsilçisi matçın favoriti hesab olunsa da, ilk hissədə qol vura bilməyib. “Sportinq” fasilədən sonra hücumlarını artırıb və görüşün sonlarına yaxın penalti qazanıb.

11 metrlik cərimə zərbəsini Luis Suares dəqiq yerinə yetirərək qonaqları önə keçirib. Qısa müddət sonra “Famalikan” azlıqda qalıb.

Lakin meydan sahibləri 10 nəfərlə mübarizə aparmalarına baxmayaraq, məğlubiyyətdən xilas olublar.

Bu nəticədən sonra “Sportinq”in hesabında 14 xal, “Famalikan”ın isə 4 xal var.







Offside