15 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar


  • Offside
  • 10:03 14.09.2026
  • Oxunma sayı: 17
Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

Azərbaycanın boks üzrə böyüklərdən və U-19 milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 15-də başlayacaq hazırlıq prosesinə 26 ölkənin milli komandası qatılacaq.

Toplanışda U-19 millisinin heyətində 10 boksçu yer alıb. Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanovun rəhbərliyi altında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səftər Məmmədzadə (+90 kq) hazırlıq keçəcəklər.

Böyüklərdən isə Nicat Hüseynov, Zəlimxan Süleymanov və Tural Sarıyev (55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadə (+90 kq) toplanışda iştirak edəcəklər.

Sentyabrın 24-də başa çatacaq təlim-məşq toplanışından bir gün sonra — sentyabrın 25-də Azərbaycan boksçuları “Kəmər və Yol” beynəlxalq turnirində mübarizəyə başlayacaqlar. Yarış sentyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, turnirdə Azərbaycanı hakim qismində Emil Qurbanəliyev təmsil edəcək.







Offside