- Offside
- 21:50 14.09.2026
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük yarışında uğurlu nəticələrlə yadda qalıblar.
Komitədən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan komandası 4x50 metr məsafəyə sərbəst üsulla estafet yarışında 3 dəqiqə 14,55 saniyə nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıb.
Təmsilçilərimiz fərdi yarışlarda da bir sıra medallara sahib olublar.
Mirqayıb Rəsulov 50 metr məsafəyə batterflay və sərbəst üsulla üzmədə gümüş medal əldə edib.
Georgi Qəniyev 50 metr arxasıüstə üzmədə ikinci, sərbəst üsulla üzmədə isə üçüncü yeri tutub.
Ağasəlim Abdullayev 25 metr brass üsulunda gümüş medal qazanıb, 50 metr məsafədə isə dördüncü olub.
Məhəmməd Əli 50 metr arxasıüstə üzmədə bürünc medal əldə edib, sərbəst üsulla üzmədə isə altıncı nəticə göstərib.