- Offside
- 21:50 14.09.2026
Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın 5-ci qrupda keçirəcəyi oyunların məkanı müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, oktyabrın 27-dən 30-dək keçiriləcək qrup mərhələsinin qarşılaşmaları Polşanın Qlivitse şəhərində yerləşən “PreZero Arena”da baş tutacaq.
13 752 tamaşaçı tutumuna malik arena 2018-ci ildə istifadəyə verilib. İlk olaraq “Podium Hol” adlandırılan məkan daha sonra “Qlivitse Arena” adı ilə fəaliyyət göstərib. 2023-cü ildə sponsorla bağlanmış müqaviləyə əsasən arenanın adı “PreZero Arena” olaraq dəyişdirilib.
Arenanın tikintisinə 98 milyon avro vəsait xərclənib.
Qeyd edək ki, “Araz-Naxçıvan” 5-ci qrupda ev sahibi “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları ilə qarşılaşacaq.