14 sentyabr 2026. Bazar ertəsi

“Naxçıvan” gənc basketbolçu ilə müqavilə imzaladı


  • Offside
  • 14:36 14.09.2026
  • Oxunma sayı: 16
“Naxçıvan” gənc basketbolçu ilə müqavilə imzaladı

“Naxçıvan” basketbol klubu heyətinə daha bir gənc oyunçu cəlb edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 20 yaşlı Murad Babayevlə birillik müqavilə imzalanıb.

1,83 metr boya malik basketbolçu son olaraq NTD klubunun formasını geyinib.

Murad Babayev bu ilin yayında FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan milli komandasının heyətində də mübarizə aparıb.

Beləliklə, gənc basketbolçu yeni mövsümdə “Naxçıvan”ın uğurları üçün çıxış edəcək.







Offside