14 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb


  • Offside
  • 16:00 14.09.2026
  • Oxunma sayı: 16
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, kişilərdən ibarət milli komanda qitə çempionatında bütün çəki dərəcələri üzrə təmsil olunacaq.

Baş məşqçi Ravşan Xocayev və məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev, Mehman Quliyev aşağıdakı boksçulara şans verəcəklər:

  • 50 kq: Sübhan Mamedov
  • 55 kq: Amin Məmmədzadə
  • 60 kq: Məhəmmədəli Aşırəliyev
  • 65 kq: Malik Həsənov
  • 70 kq: Nəbi İsgəndərov
  • 75 kq: Səidcəmşid Cəfərov
  • 80 kq: Murad Allahverdiyev
  • 85 kq: Seyid Seyidov
  • 90 kq: Rauf Rəhimov
  • +90 kq: Məhəmməd Abdullayev

Qadınların yarışında isə Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq. Onun çıxışına məşqçi Rafiq İsmayılov rəhbərlik edəcək.

Qitə çempionatında hakim qiymətləndiricisi funksiyasını Anar Babanlı yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-dən 25-dək keçiriləcək Avropa çempionatında 40 ölkədən 400-dən çox boksçunun iştirakı gözlənilir.







Offside