- Offside
- 21:50 14.09.2026
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış Şıxov çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində baş tutub.
Üç gün davam edən çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparıblar. İştirakçılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə güclərini sınayıblar. Yekun nəticələr bütün yürüşlərdə toplanan xallar əsasında müəyyənləşdirilib.
Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, Türkiyədən olan iştirakçıları da salamlayıb və çempionatın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar. Yarışda iştirak edən bütün idmançılara isə sertifikatlar təqdim olunub.
Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (Optimist) və Davud Babazadənin (ILCA4) adları yelkən idmanının ənənəvi Şərəf lövhəsinə həkk olunub.
Mərasimin sonunda Azərbaycan Su İdman Növləri Federasiyasının təşkil etdiyi yelkən idmanı, avarçəkmə və kanoe üzrə Yay məktəbinin iştirakçıları da sertifikatlarla təltif ediliblər.
Açıq Azərbaycan çempionatı
Optimist / U-12
Optimist / qızlar
Optimist / ümumi kateqoriya
Azərbaycan çempionatı
Optimist / U-12
Optimist / qızlar
Optimist / ümumi kateqoriya
ILCA4