15 sentyabr 2026. Çərşənbə axşamı

Üç gün davam edən Azərbaycan çempionatına yekun vuruldu


  • Offside
  • 12:30 15.09.2026
  • Oxunma sayı: 8
Üç gün davam edən Azərbaycan çempionatına yekun vuruldu

İsmayıllı rayonunda şose velosipedi üzrə çoxgünlük ötüşmələrdən ibarət Azərbaycan çempionatına yekun vurulub.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda qaliblər üç günün ümumi nəticələrinə əsasən müəyyənləşib.

Çempionatın ilk və üçüncü günlərində qrup ötüşməsi, ikinci günündə isə fərdi ötüşmə üzrə yarışlar keçirilib.

Ümumi təsnifatda Elit/U23 yaş kateqoriyasında “AE Cycling School” klubunun velosipedçiləri ilk üç pilləni tutublar. Şahin Eyvazov Azərbaycan çempionu olub. Nofəl Nuriyev gümüş, Əli Qurbanov isə bürünc medal qazanıb.

Gənclər kateqoriyasında birinci yerə “ROEQIUGVM” klubunun təmsilçisi Nihad Xudoyev layiq görülüb. Təmsil etdiyi “Təhsil” komandasından Murad Nadirov ikinci, “ROEQIUGVM” üzvü Həsən Zeynalov isə üçüncü olub.

U17 yaş kateqoriyasında “Təhsil” klubunun velosipedçiləri fərqləniblər. Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb. “ROEQIUGVM” təmsilçisi Əli Zeynalzadə isə üçüncü yeri tutub.

U15 yaş kateqoriyasında isə “AE Cycling School” klubunun üzvü Emil Abbasov üç yarış gününün yekununda ən yüksək nəticəni göstərərək Azərbaycan çempionu adını qazanıb. “ROEQIUGVM” təmsilçiləri İsmayıl Xankişiyev ikinci, Mirəli Miryəhyayev isə üçüncü olublar.

Qeyd edək ki, yarışda fərqlənən velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatları ilə təltif ediliblər.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar