6 oktyabr 2026. Çərşənbə axşamı

“Naxçıvan” basketbol klubu millinin namizədini transfer etdi


  • Offside
  • 16:31 15.09.2026
  • Oxunma sayı: 96
“Naxçıvan” basketbol klubu millinin namizədini transfer etdi

“Naxçıvan” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Bölgə təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, komanda 22 yaşlı azərbaycanlı basketbolçu Səid İsmayılovu transfer edib.

182 sm boya malik oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Səid İsmayılovun son klubu “Ordu” olub. O, həmçinin Azərbaycan milli komandasının geniş heyətinə cəlb edilib.







Offside