- Offside
- 23:49 15.09.2026
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) yeni təyinatlar həyata keçirilib.
Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, Media və İctimaiyyətlə əlaqələr şöbəsində və AFFA-nın mətbuat xidmətində struktur və kadr dəyişiklikləri baş tutub.
Belə ki, Murad Axundov Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Aida Əliyeva AFFA-nın mətbuat katibi təyin olunub.
Kənan Səfərəliyev isə aşağı yaş qrupları və liqalar üzrə media ilə işə məsul şəxs vəzifəsini icra edəcək.