15 oktyabr 2026. Cümə axşamı

Ronaldolu “Əl-Nəsr” AFC Çempionlar Liqasında ağır məğlubiyyət yaşayıb


  • Offside
  • 23:49 15.09.2026
  • Oxunma sayı: 159
Ronaldolu “Əl-Nəsr” AFC Çempionlar Liqasında ağır məğlubiyyət yaşayıb

AFC Çempionlar Liqasının Qərb qrupunda ilk turun oyunları çərçivəsində “Əl-Ayn” və “Əl-Nəsr” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Hazza Bin Zayed” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri rəqibini böyük hesabla məğlub ediblər – 4:0.

“Əl-Ayn”ın qollarını 25-ci və 63-cü dəqiqələrdə Hüseyn Rəhimi, 72-ci dəqiqədə Sofian Rəhimi, 85-ci dəqiqədə isə Georgios Yakumakis vurub.

Qeyd edək ki, “Əl-Nəsr” turnirdə növbəti oyununu FK “Neftçi”yə qarşı keçirəcək. “Əl-Ayn” isə ikinci turda “Əl-Qüvvə əl-Cəviyyə” ilə qarşılaşacaq.







Offside