- Offside
- 21:43 16.09.2026
Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a məlumatına görə, ölkəmiz mötəbər yarışda həm kişi, həm də qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.
Kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alıblar. Qadın komandasında isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan kişilərdən ibarət millisi ilk turda Mərakeş, qadın yığmamız isə Qvatemala şahmatçıları ilə qarşılaşacaq. İlk turda Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyeva istirahət edəcəklər.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində ümumilikdə 1 032 şahmatçı iştirak edir.