- Offside
- 21:43 16.09.2026
Azərbaycanın stolüstü tennis üzrə milli komandasının üzvləri Belçikada keçiriləcək açıq çempionatda iştirak edəcəklər.
Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda ölkəmizi Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə təmsil edəcəklər.
Azərbaycan təmsilçiləri seçmə komandanın baş məşqçiləri Fərhad İsmayılov və Mixail Timofeyevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Qeyd edək ki, Belçikanın açıq çempionatı sabah start götürəcək və sentyabrın 20-də başa çatacaq.