17 sentyabr 2026. Cümə axşamı

“Naxçıvan” Camaal Brantley ilə müqaviləni uzatdı


  • Offside
  • 13:43 16.09.2026
  • Oxunma sayı: 33
“Naxçıvan” Camaal Brantley ilə müqaviləni uzatdı

“Naxçıvan” basketbol klubu heyətinin əsas oyunçularından olan Camaal Brantley ilə müqavilənin müddətini uzadıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 34 yaşlı basketbolçu ilə yeni anlaşma birillik müddətə nəzərdə tutulub.

198 sm boya malik Camaal Brantley ötən mövsüm “Naxçıvan”ın əsas liderlərindən biri olub. Təcrübəli basketbolçu 2024/2025 mövsümündə “Neftçi”nin heyətində də çıxış edib və Azərbaycan Basketbol Liqasında gümüş medal qazanıb.

Beləliklə, Brantley yeni mövsümdə də “Naxçıvan”ın heyətində mübarizə aparacaq.







Offside