17 sentyabr 2026. Cümə axşamı

Şahin Mustafayev yenidən Stolüstü Tennis Federasiyasının prezidenti seçildi


  • Offside
  • 16:20 16.09.2026
  • Oxunma sayı: 33
Şahin Mustafayev yenidən Stolüstü Tennis Federasiyasının prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

ASTF-dən 90deqiqe.Az-a verilən məlumata görə, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev daha 4 il bu vəzifəni icra edəcək.

Yeni müddət ərzində federasiya rəhbərinin Azərbaycanda stolüstü tennisin inkişaf etdirilməsi, milli komandanın beynəlxalq arenada nəticələrinin yaxşılaşdırılması və perspektivli idmançıların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.







Offside