- Offside
- 21:43 16.09.2026
Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə qələbə ilə başlayıblar.
90deqiqe.Az-ın məlumatına görə, qadınlardan ibarət yığma ilk turda Qvatemala seçməsi ilə qarşılaşıb. Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova öz partiyalarında qələbə qazanıblar.
Kişilərdən ibarət Azərbaycan millisi isə ilk turda Mərakeş yığmasını sınağa çəkib. Təmsilçilərimiz bütün partiyalarda qalib gələrək rəqibini 4:0 hesabı ilə məğlub ediblər. Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov partiyalarını qələbə ilə başa vurublar.
Beləliklə, hər iki Azərbaycan millisi 46-cı Ümumdünya Şahmat Olimpiadasında turnirə uğurlu start verib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Olimpiada 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində 1 032 şahmatçı iştirak edir.