17 sentyabr 2026. Cümə axşamı

“Gəncə Open-2026” şahmat festivalının mükafat fondu açıqlanıb


  • Offside
  • 15:37 15.09.2026
  • Oxunma sayı: 2
“Gəncə Open-2026” şahmat festivalının mükafat fondu açıqlanıb

Oktyabrın 11-dən 18-dək keçiriləcək “Gəncə Open-2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnirin ümumi mükafat fondu 24 810 manat təşkil edəcək.

Gəncə İdman Sarayında keçiriləcək festival dörd proqram üzrə təşkil olunacaq. A qrupunda reytinqi 1900 və daha yüksək, B qrupunda isə 1899 və daha aşağı olan şahmatçılar mübarizə aparacaqlar. Bundan əlavə, rapid və blits yarışları da keçiriləcək.

A qrupunun mükafat fondu 16 700, B qrupunun 5 810, rapid və blits yarışlarının hər birinin mükafat fondu isə 1 150 manat olacaq.

A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim ediləcək. Müxtəlif yaş qrupları, qadınlar və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.

Qeyd edək ki, “Gəncə Open-2026” Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğidir.







Offside