17 sentyabr 2026. Cümə axşamı

“Neftçi” amerikalı basketbolçu ilə müqavilə imzaladı


  • Offside
  • 11:44 17.09.2026
  • Oxunma sayı: 11
“Neftçi” amerikalı basketbolçu ilə müqavilə imzaladı

“Neftçi” basketbol klubu heyətini daha bir amerikalı oyunçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı təmsilçisi 23 yaşlı hücumçu Zakeriya Hiks ilə birillik müqavilə imzalayıb.

Hiks karyerasının müxtəlif mərhələlərində NCAA-da “Temple Ouls” və “Penn State Nittani Lions” komandalarının formasını geyinib.

Amerikalı basketbolçu peşəkar karyerasında İspaniyanın “UCAM Mursia” klubunda çıxış edib. Onun son komandası isə NBA G Liqasında mübarizə aparan “Saut Bey Lakers” olub.

Beləliklə, Zakeriya Hiks qarşıdakı mövsümdə “Neftçi”nin heyətində çıxış edəcək.







Offside