- Offside
- 19:49 17.09.2026
“Naxçıvan” basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, klub 26 yaşlı Kristian Konse ilə birillik müqavilə imzalayıb.
196 sm boya malik basketbolçu ötən mövsümü Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Quba” klubunun heyətində keçirib.
Beləliklə, Kristian Konse yeni mövsümdə “Naxçıvan”ın uğurları üçün mübarizə aparacaq.