17 sentyabr 2026. Cümə axşamı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün başlama tarixi açıqlanıb


  • Offside
  • 16:14 17.09.2026
  • Oxunma sayı: 10
Azərbaycan Basketbol Liqasında yeni mövsümün başlama tarixi açıqlanıb

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünə sentyabrın 30-da start veriləcək.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, yeni mövsümün açılış oyununda son çempion “Sabah” və ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” üz-üzə gələcəklər.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Beləliklə, ABL-də yeni mövsüm çempion və vitse-çempionun qarşılaşması ilə başlayacaq.







Offside