- Offside
- 19:49 17.09.2026
Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi karyerasında növbəti titulunu qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, ABŞ təmsilçisi 2026-cı il “Campeones Cup”ın finalında Meksikanın “Krus Asul” klubunu 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Messi qarşılaşmada komandasının ilk qolunu vurub, ikinci qolda isə məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə ilə “İnter Mayami” ardıcıl dördüncü mövsümdə titul qazanıb. Klub daha əvvəl 2023-cü ildə Liqalar Kubokunu, 2024-cü ildə MLS Supporters’ Shield-i, 2025-ci ildə isə MLS Kubokunu əldə edib.
Qeyd edək ki, Lionel Messi “İnter Mayami” ilə müqaviləsini 2028-ci il MLS mövsümünün sonunadək uzadıb.
Mənbələrdə Messinin karyerasındakı titulların sayı ilə bağlı fərqli hesablamalar mövcuddur: MLS rəsmi olaraq bu kuboku onun 48-ci titulu kimi göstərir, bəzi digər mənbələr isə 49-cu titul olduğunu qeyd edir.