17 sentyabr 2026. Cümə axşamı

Anna Yusupova dünya çempionatında Azərbaycanı təmsil edəcək


  • Offside
  • 15:05 17.09.2026
  • Oxunma sayı: 32
Anna Yusupova dünya çempionatında Azərbaycanı təmsil edəcək

Azərbaycan atletika millisinin üzvü Anna Yusupova şose qaçışı üzrə dünya çempionatında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə yollanıb.

Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, atlet yarışda məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında çıxış edəcək.

Şose qaçışı üzrə dünya çempionatı sentyabrın 19-20-də Kopenhagendə keçiriləcək.

Beləliklə, Anna Yusupova mötəbər yarışda Azərbaycanı təmsil edən yeganə atlet olacaq.







Offside