17 sentyabr 2026. Cümə axşamı

Bakıda paraatletika üzrə Açıq Qapı Günü keçirilib


  • Offside
  • 19:33 17.09.2026
  • Oxunma sayı: 26
Bakıda paraatletika üzrə Açıq Qapı Günü keçirilib

Milli Paralimpiya Komitəsi (MPK) paraatletika üzrə yeni istedadların müəyyənləşdirilməsi və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə Açıq Qapı Günü təşkil edib.

MPK-dan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı Atletika Mərkəzində keçirilən tədbirin əsas məqsədi paraatletikaya maraq göstərən perspektivli idmançıları üzə çıxarmaq, onların idmana cəlb olunmasını təşviq etmək və milli komanda üçün ehtiyat heyət formalaşdırmaq olub.

Açıq Qapı Günündə 8-17 yaş aralığında iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növlərində bacarıqlarını nümayiş etdiriblər. Onlar mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçiblər.

Tədbir çərçivəsində iştirakçılara paraatletikanın imkanları barədə məlumat verilib, onların fiziki göstəriciləri və idman potensialı qiymətləndirilib. Nəticələri uyğun hesab olunan iştirakçıların gələcəkdə məşqlərə cəlb edilməsi və inkişaflarının mütəmadi izlənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsi belə layihələri davam etdirməklə paraatletikanın daha geniş təbliğini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandaya cəlb oluna biləcək idmançıların müəyyənləşdirilməsini qarşıya məqsəd qoyub.







Offside