17 sentyabr 2026. Cümə axşamı

Rusiyalı mütəxəssis Azərbaycan atletika millisinin məşqçilər heyətinə qoşuldu


  • Offside
  • 18:28 17.09.2026
  • Oxunma sayı: 38
Rusiyalı mütəxəssis Azərbaycan atletika millisinin məşqçilər heyətinə qoşuldu

Olimpiya Oyunlarının mükafatçısı, Rusiyanın atletika üzrə milli komandasının sabiq məşqçisi Sergey Jelanov Azərbaycan milli komandasının məşqçilər heyətinə cəlb olunub.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra yığmanın hazırlıq prosesində iştirak edəcək.

Sergey Jelanov atletlərin məşq proqramlarının təkmilləşdirilməsi və qarşıdakı yarışlara hazırlıq prosesinin daha səmərəli təşkili istiqamətində məşqçilər heyətinə dəstək göstərəcək.

Beləliklə, Azərbaycan atletika millisinin hazırlıq prosesində beynəlxalq təcrübəyə malik yeni mütəxəssis fəaliyyət göstərəcək.







Offside