17 sentyabr 2026. Cümə axşamı

Azərbaycan şahmatçıları Olimpiadada növbəti qələbələrini qazandılar


  • Offside
  • 19:49 17.09.2026
  • Oxunma sayı: 35
Azərbaycan şahmatçıları Olimpiadada növbəti qələbələrini qazandılar

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini əldə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, II turda kişilərdən ibarət Azərbaycan yığması Filippin seçməsi ilə qarşılaşıb. Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə partiyalarını heç-heçə ilə başa vurublar.

Qadınlardan ibarət milli komandamız isə Danimarkanı 4:0 hesabı ilə üstələyib. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova öz partiyalarından qələbə ilə ayrılıblar.

Beləliklə, hər iki Azərbaycan millisi Olimpiadada ilk iki turdan maksimum nəticə ilə ayrılıb.

Qeyd edək ki, Azərbaycan komandaları I turda müvafiq olaraq Mərakeş və Qvatemala üzərində 4:0 hesablı qələbə qazanıblar. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.







Offside