- Offside
- 23:38 17.09.2026
Dünya reytinqində 94-cü pillədə qərarlaşan rusiyalı tennisçi Anna Blinkova vətəndaşlığını dəyişərək bundan sonra turnirlərdə Fransanı təmsil edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Bildirilir ki, Blinkova WTA-nın rəsmi saytında da Fransanı təmsil edən tennisçilər siyahısına daxil edilib. Lakin 27 yaşlı idmançı bu məlumatı hələ rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, Blinkova uzun müddətdir Fransada yaşayır və məşq edir.
Tennisçinin WTA reytinqində ən yüksək göstəricisi 34-cü pillə olub. Hazırda o, San-Pauluda keçirilən WTA-250 turnirində mübarizə aparır və ikinci mərhələyə yüksəlib.
Xatırladaq ki, bu il daha bir rusiyalı tennisçi Oksana Selehmetyeva vətəndaşlığını dəyişib. O, hazırda İspaniyanı təmsil edir.