18 sentyabr 2026. Cümə

“Qalatasaray”ın sabiq futbolçusu saxlanıldı


  • Offside
  • 09:55 18.09.2026
  • Oxunma sayı: 14
“Qalatasaray”ın sabiq futbolçusu saxlanıldı

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hasan Şaş İstanbulda keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

90deqiqe.Az-ın “NTV Spor"a istinadən məlumatına görə, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 18 şübhəli barədə saxlanılma qərarı verilib. Onların arasında 50 yaşlı Hasan Şaş da yer alıb.

Əməliyyat İstanbul İl Jandarma Komandanlığı tərəfindən yeni əldə olunan sübutlar əsasında həyata keçirilib. Prokurorluğun məlumatına görə, araşdırma narkotik və psixotrop maddələrdən istifadə, onların istifadəsinin asanlaşdırılması və təmin edilməsi ilə bağlı iddiaları əhatə edir.

Qeyd edək ki, Hasan Şaş futbolçu karyerası ərzində “Qalatasaray” və Türkiyə milli komandasında çıxış edib.







Offside