18 sentyabr 2026. Cümə

Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladılar


  • Offside
  • 10:03 18.09.2026
  • Oxunma sayı: 14
Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladılar

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

90deqiqe.Az xəbər verir ki, 43 ölkədən 406 idmançının iştirak etdiyi qitə birinciliyinin ilk yarış günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb və hər ikisi görüşünü qələbə ilə başa vurub.

70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 finalda Monteneqro təmsilçisi Miloş Poqanoviçlə qarşılaşıb. Hər üç raundu üstün başa vuran boksçumuz yekunda 4:1 hesabı ilə qalib gəlib.

Nəbi İsgəndərov sentyabrın 19-da 1/8 final mərhələsində Xorvatiya təmsilçisi Fabian Tomkiçlə üz-üzə gələcək.

85 kq-da çıxış edən Seyid Seyidov da turnirdə uğurlu start götürüb. Milli üzvü 1/16 finalda Belçika boksçusu İdris Leqanesini 4:1 hesabı ilə məğlub edib.

S.Seyidov növbəti görüşünü sentyabrın 18-də keçirəcək. Onun 1/8 finaldakı rəqibi ilk mərhələdən azad olan İspaniya təmsilçisi Adrian Rikardo olacaq.

Qeyd edək ki, Sofiyada keçirilən Avropa çempionatının qalibləri sentyabrın 25-də müəyyənləşəcək.







Offside