- Offside
- 18:52 18.09.2026
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 20-də başlayan hazırlıq prosesi oktyabrın 3-dək davam edəcək. Toplanış zamanı əsas diqqət taktiki və texniki hazırlığın təkmilləşdirilməsinə yönəldiləcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında 19 güləşçi hazırlıq keçəcək.
Komandanın heyətində 57 kq-da İslam Bazarqanov və Hüseyn Hüseynov, 61 kq-da Nürəddin Novruzov, 65 kq-da Rəşid Babazadə və Əli Rəhimzadə, 70 kq-da Kənan Heybətov və Zirəddin Bayramov, 74 kq-da Turan Bayramov və Musa Verdiyev, 79 kq-da Cəbrayıl Hacıyev, 86 kq-da Arseniy Djioyev, 92 kq-da Ali Tsokayev və Abubakr Abakarov, 97 kq-da Maqomedxan Maqomedov və Osman Nurmaqomedov, 125 kq-da isə Giorgi Meşvildişvili və Yusif Dursunov yer alıblar.
Qeyd edək ki, Göygöl toplanışı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyır.