18 sentyabr 2026. Cümə

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan millisinin ilkin heyəti açıqlanıb


  • Offside
  • 14:39 18.09.2026
  • Oxunma sayı: 12
Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan millisinin ilkin heyəti açıqlanıb

Oktyabrın 4-11-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ilin əsas cüdo yarışında ölkəmizi 12 çəki dərəcəsində 23 idmançı – 17 kişi və 6 qadın cüdoçu təmsil edəcək.

Milli komanda performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautmanın, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiçin, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında mübarizə aparacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatında fərdi yarışlar oktyabrın 4-10-da, qarışıq komanda turniri isə oktyabrın 11-də keçiriləcək.

Azərbaycan millisinin ilkin heyəti belədir:

Qadınlar

48 kq: Şəfəq Həmidova, Könül Əliyeva

52 kq: Gültac Məmmədəliyeva

57 kq: Xədicə Qədəşova

70 kq: Südabə Ağayeva

+78 kq: Madina Kaisinova

Kişilər

60 kq: Balabəy Ağayev, Əhməd Yusifov

66 kq: Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov

73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev

81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə

90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov

100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov

Qeyd edək ki, dünya çempionatının bütün qarşılaşmaları Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.







Offside