18 sentyabr 2026. Cümə

AFFA və Pakistan Futbol Federasiyası əməkdaşlığı müzakirə edib


  • Offside
  • 14:46 18.09.2026
  • Oxunma sayı: 13
AFFA və Pakistan Futbol Federasiyası əməkdaşlığı müzakirə edib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.

AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə iki ölkənin futbol qurumları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər AFFA ilə PFF arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlığın hər iki ölkədə futbolun inkişafına töhfə verəcəyinə dair fikirlərini bölüşüblər.

Görüş zamanı uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsi, hakimlərin hazırlanması və birgə təlim-məşq toplanışlarının təşkili imkanları nəzərdən keçirilib.

Həmçinin qarşılıqlı dəstək proqramlarının futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.







Offside