18 sentyabr 2026. Cümə

“Naxçıvan” amerikalı basketbolçu ilə müqavilə imzaladı


  • Offside
  • 17:00 18.09.2026
  • Oxunma sayı: 13
“Naxçıvan” amerikalı basketbolçu ilə müqavilə imzaladı

“Naxçıvan” basketbol klubu heyətini daha bir amerikalı oyunçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 22 yaşlı Deşaun Stivenslə birillik müqavilə imzalanıb.

Basketbolçu son olaraq NCAA2-də çıxış edən CSUDH (California State University Dominguez Hills) komandasının formasını geyinib.

Beləliklə, Deşaun Stivens qarşıdakı mövsümdə “Naxçıvan”ın heyətində mübarizə aparacaq.







Offside