19 sentyabr 2026. Şənbə

Azərbaycan şahmatçıları Olimpiadada növbəti qələbələrini qazandılar


  • Offside
  • 18:52 18.09.2026
  • Oxunma sayı: 36
Azərbaycan şahmatçıları Olimpiadada növbəti qələbələrini qazandılar

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, III turda kişilərdən ibarət Azərbaycan millisi İsveçrə yığması ilə qarşılaşıb. Görüş şahmatçılarımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı partiyalarını qələbə ilə başa vurublar. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.

Qadınlardan ibarət milli komandamız isə İsveç seçməsi ilə üz-üzə gəlib. Azərbaycan təmsilçiləri 2,5:1,5 hesablı qələbə qazanıblar. Gülnar Məmmədova rəqibinə qalib gəlib, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə partiyalarını heç-heçə ilə başa vurublar.

Beləliklə, hər iki Azərbaycan millisi Olimpiadada keçirdiyi ilk üç görüşün hamısından qalib ayrılıb.

Qeyd edək ki, kişilərdən ibarət yığma ilk iki turda Mərakezi 4:0, Filippini isə 3:1 hesabı ilə məğlub edib. Qadın komandamız isə Qvatemala və Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb.

İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.







Offside