- Offside
- 23:57 21.09.2026
“Portu”nun hücumçusu Samu Agexova uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu sosial şəbəkə hesabında geri dönüşü ilə bağlı paylaşım edib:
“223 gündən sonra həmişə olmaq istədiyim yerə qayıtdım. Bu çətin yolda mənə dəstək olduğu üçün Allaha təşəkkür edirəm”.
Samu həmçinin ailəsinə, dostlarına və “Portu” azarkeşlərinə göstərdikləri sevgi və dəstəyə görə minnətdarlığını bildirib.
“Portu”nun baş məşqçisi Françesko Farioli isə klubun tibb heyətinin əməyini yüksək qiymətləndirib:
“Samunun yenidən bizimlə olması çox şeydən xəbər verir”.
Qeyd edək ki, 22 yaşlı futbolçu Portuqaliya çempionatının VII turunda “Benfika” ilə keçirilən matçın (3:1) son dəqiqələrində meydana çıxıb. İspaniyalı oyunçu fevral ayında sağ dizinin ön çarpaz bağlarından ağır zədə almışdı.“Portu” Portuqaliya çempionatında keçirdiyi 7 oyunun hamısından qələbə ilə ayrılıb və turnir cədvəlinə başçılıq edir.