- Offside
- 23:57 21.09.2026
Azərbaycanın yeniyetmə akrobatika gimnastları İtaliyanın Pezaro şəhərində keçirilən dünya yarışında iki medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizi kişi qrupu – Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayev, qadın cütlüyü – Hökümə Əliyeva və Fidan Rəşidova, eləcə də qadın qrupu – Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadə təmsil edib.
Təsnifat mərhələsində uğurlu çıxış edən kişi və qadın qrupları finala yüksəliblər.
Həlledici mərhələdə Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupu 27,650 xal toplayaraq gümüş medal qazanıb.
Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi qrupu isə 27,200 xal nəticə göstərərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu nəticə Azərbaycan yeniyetmə kişi gimnastları üçün xüsusi əhəmiyyət daşıyır. Onlar ilk dəfə belə mötəbər yarışda iştirak edib və debütlərində medal qazanıblar.