22 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan veteran cüdoçuları dünya çempionatında 4 medal qazandılar


  • Offside
  • 00:04 21.09.2026
  • Oxunma sayı: 28
Azərbaycan veteran cüdoçuları dünya çempionatında 4 medal qazandılar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, dünya çempionatının ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Azərbaycanın digər təmsilçilərindən Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) turniri bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan komandası mundialın ilk gününü 4 medalla tamamlayıb.

Qeyd edək ki, Azərbaycan veteran cüdo üzrə dünya çempionatında ümumilikdə 30 idmançı ilə təmsil olunur.







Offside