- Offside
- 23:57 21.09.2026
Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında V tur görüşlərinə çıxıblar.
90deqiqe.Az-ın məlumatına görə, qadınlardan ibarət Azərbaycan millisi bu turda Serbiya seçməsi ilə qarşılaşıb. Şahmatçılarımız görüşü 3:1 hesablı qələbə ilə başa vurublar.
Kişilərdən ibarət yığmamız isə Rumıniya komandası ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib və tərəflər heç-heçə ediblər.
V turdan sonra qadınlardan ibarət Azərbaycan millisi 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Kişilərdən ibarət komandamız isə 8 xalla 11-cudur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.