22 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün iştirakçıları müəyyənləşib


  • Offside
  • 11:20 21.09.2026
  • Oxunma sayı: 24
Azərbaycan Basketbol Liqasında yeni mövsümün iştirakçıları müəyyənləşib

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümündə iştirak edəcək komandaların siyahısında dəyişiklik edilib.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticələrinə əsasən ABL İdarə Heyəti müvafiq qərar qəbul edib.

Qərara əsasən, “Sumqayıt” yeni mövsümdə ABL-də, “Şəki” isə ABL-2-də çıxış edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

Qeyd edək ki, ABL-də yeni mövsüm sentyabrın 30-da başlayacaq.







Offside