22 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycanlı cüdo hakimi dünya çempionatına təyinat alıb


  • Offside
  • 11:57 21.09.2026
  • Oxunma sayı: 25
Azərbaycanlı cüdo hakimi dünya çempionatına təyinat alıb

Azərbaycanlı cüdo hakimi Nazim Umbayev Bakıda keçiriləcək dünya çempionatında hakim kimi fəaliyyət göstərəcək.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, federasiyanın hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Nazim Umbayev dünya çempionatında hakimlik edəcək ilk azərbaycanlı referi kimi tarixə düşüb. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialda hakimlər heyətində yer alıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.







Offside