22 sentyabr 2026. Çərşənbə axşamı

Gənclər və İdman Nazirliyi ilə DİN yol təhlükəsizliyi kampaniyasına başladı


  • Offside
  • 14:44 21.09.2026
  • Oxunma sayı: 31
Gənclər və İdman Nazirliyi ilə DİN yol təhlükəsizliyi kampaniyasına başladı

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ilə Daxili İşlər Nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına start verib.

Nazirlikdən 90deqiqe.Az-a verilən məlumata görə, kampaniyanın əsas məqsədi skuter, velosiped və motosiklet istifadəçiləri arasında təhlükəsizlik qaydalarına əməl olunmasının təşviqidir.

Təşəbbüs çərçivəsində xüsusilə dəbilqədən düzgün istifadənin vacibliyinə diqqət çəkilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini isə 60 faiz azaldır.

Kampaniyanın məqsədi dəbilqədən istifadənin sürücülər üçün gündəlik təhlükəsizlik vərdişinə çevrilməsinə və onun həyati əhəmiyyətinin təbliğinə nail olmaqdır.

Təşəbbüsə Azərbaycanın tanınmış idman simaları da qoşulublar. Onlar öz mesajlarında idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərarların vacibliyini vurğulayıblar.

Qeyd edək ki, kampaniya BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal “Make A Safety Statement” təşəbbüsündən ilhamlanaraq hazırlanıb.







Offside