- Offside
- 23:57 21.09.2026
“Neftçi” basketbol klubu heyətini yeni legionerlə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı basketbolçu karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış edib. O, Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib.
Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstanın “Alba Fehervar” komandası olub.
Beləliklə, Miliç Starovlah mövsümün qalan hissəsində “Neftçi”nin heyətində çıxış edəcək.