- Offside
- 23:57 21.09.2026
Cüdo üzrə kata dünya çempionatı sentyabrın 26-27-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mötəbər yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.
Azərbaycan cüdoçuları “nage-no-kata” proqramında mübarizə aparacaqlar. Yeniyetmələr arasında ölkə birinciliyinin qalibləri Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke), gənclər arasında isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Sarayevoda keçiriləcək dünya çempionatında 35 ölkədən 462 cüdoçu iştirak edəcək.