- Offside
- 23:57 21.09.2026
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha 3 medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın növbəti günündə M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), M4 yaş kateqoriyasında isə Anar Ağayev (-90 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, çempionatın ilk günündə Məmmədəli Mehdiyev (-100 kq) dünya çempionu olub. Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan veteran cüdoçuları mundialda indiyədək 1 qızıl və 6 bürünc olmaqla, ümumilikdə 7 medal əldə ediblər.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.