23 sentyabr 2026. Çərşənbə

Reynders Səudiyyə Ərəbistanına niyə getdiyini açıqladı


  • Offside
  • 23:44 22.09.2026
  • Oxunma sayı: 8
Reynders Səudiyyə Ərəbistanına niyə getdiyini açıqladı

Niderlandlı yarımmüdafiəçi Ticanı Reynders “Mançester Siti”dən “Əl-Qadisiyyə”yə keçidinin əsas səbəbinin maliyyə olduğunu açıq şəkildə etiraf edib.

90deqiqe.A-ın məlumatına görə, "The Touchline" 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

 “Karyeramı başa vurduqdan sonra işləmək istəmirəm. Əlbəttə, “Mançester Siti” ilə müqaviləm başa çatdıqdan sonra da işləməyə ehtiyacım olmaya bilərdi. Lakin bu transfer ailəmin gələcək nəsillərinin maddi təminatını yaratmağa imkan verir. Bunu gizlətməyəcəyəm. Bu müqavilə ilə hətta nəvələrimin də maliyyə sabitliyini təmin edə bilərəm. Bəs niyə bunu etməyim?” 

Futbolçu pul üçün Səudiyyə Ərəbistanına getdiyinə görə tənqid olunmasını da normal qarşıladığını deyib:

“İnsanları buna görə qınaya bilmərəm. Amma sizə belə maaş təklif olunanda “yox” deməyə çalışın. Hər kəs imtina edəcəyini deyə bilər, amma demək olar ki, əminəm ki, insanların çoxu razılaşardı. Belə pullardan imtina etmək demək olar ki, mümkün deyil”.

Qeyd edək ki, 28 yaşlı futbolçu yay transfer pəncərəsində Səudiyyə Ərəbistanına yollanıb. Reynders “Mançester Siti”də cəmi bir mövsüm keçirdikdən sonra klubunu dəyişib.

“Əl-Qadisiyyə” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.







Offside