23 sentyabr 2026. Çərşənbə

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib


  • Offside
  • 13:49 22.09.2026
  • Oxunma sayı: 29
“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib

“Sumqayıt” basketbol klubunun yeni mövsüm üçün məşqçilər korpusu müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, məşqçilər heyətində təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaqlar.

Kuramşın yeni mövsümdə baş məşqçi Uğur Özdəmirin köməkçisi kimi fəaliyyət göstərəcək. Təcrübəli mütəxəssis klubun yarandığı vaxtdan “Sumqayıt”da çalışır və son iki mövsümdə komandanın baş məşqçisi olub.

Allahverdi Yusifov isə daha əvvəl aşağı yaş qruplarından ibarət komandalarda məşqçi kimi fəaliyyət göstərib. O, FIBA və Azərbaycan Basketbol Liqasının (ABL) B kateqoriyalı məşqçilik sertifikatlarına malikdir.







Offside