23 sentyabr 2026. Çərşənbə

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb


  • Offside
  • 14:01 22.09.2026
  • Oxunma sayı: 29
“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi ilk görüşünü oktyabrın 27-də Macarıstanın “Uypeşt” klubuna qarşı keçirəcək.

“Araz-Naxçıvan” oktyabrın 28-də qrup mərhələsinin ikinci oyununda Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək.

Komanda qrupdakı son matçını isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərində yerləşən “Prezero Arena”da təşkil olunacaq.







Offside