- Offside
- 23:44 22.09.2026
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha iki qızıl medal əlavə olunub.
90deqiqe.Az-ın məlumatına görə, M5 yaş kateqoriyasında mübarizə aparan Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərindən qalib ayrılaraq dünya çempionu olublar.
Hər iki cüdoçu veteranlar arasında dünya çempionatında karyerasının dördüncü qızıl medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), Anar Ağayev (-90 kq) isə bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan yığmasının Sarayevodakı dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb. Komandanın aktivində 3 qızıl və 6 bürünc medal var.
Azərbaycan 65 ölkə arasında hazırda 6-cı pillədə qərarlaşıb.