- Offside
- 21:06 23.09.2026
“Murov Az Terminal” voleybol klubu heyətini yeni legionerlə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Misir təmsilçisi Abulsoud Elsayed Emam yeni mövsümdən Bakı komandasının formasını geyinəcək.
31 yaşlı hücumçu son olaraq ölkəsinin “Zamalek” klubunda çıxış edib.
Beləliklə, Abulsoud Elsayed Emam qarşıdakı mövsümdə “Murov Az Terminal”ın heyətində mübarizə aparacaq.