- Offside
- 17:18 23.11.2024
Azərbaycan ağırlıqqaldıranı Elşad Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.
Corner.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən yığma üzvü yaşı 23-ə qədər olan atletlərin mübarizəsində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.
Bunadək Səbinə Əzimova anoloji uğura imza atıb.
Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. (report)